CƏMİYYƏT
İndiyədək “YAŞAT” Fondunun dəstəyi ilə 63 qazi müalicə məqsədilə Türkiyəyə göndərilib
21.04.2021 [17:02]
Xəbərin mətni
“YAŞAT” Fondu yaradıldığı gündən etibarən dörd istiqamətdə fəaliyyət göstərir. Həmin fəaliyyətlər çərçivəsində növbəti qazilər qrupu müalicə üçün Türkiyə Respublikasına yola salınıb. Onlar 12 nəfərdir. Ümumilikdə, Fondun dəstəyi ilə Türkiyə Respublikasına göndərilən qazilərin sayı 63 nəfər təşkil edir. Onlardan 7 nəfəri sağalaraq Vətənə geri dönüb. Hazırda qardaş ölkədə 56 ağır yaralı qazinin müalicəsi aparılır. Qarşıdakı günlərdə proses davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.