CƏMİYYƏT


Görkəmli Azərbaycan generalı Əliağa Şıxlinskinin qəbirüstü abidəsi açılıb

“Artilleriyanın Allahı” adlandırılan general Əliağa Şıxlinskinin anadan olmasının 156-cı ildönümü onun yeni qəbirüstü abidəsinin açılışı ilə qeyd edilib.AZƏRTAC xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən, generalın məzarının ətrafı abadlaşdırılıb, qəbirüstü abidənin hazırlanması isə heykəltəraş Xanlar Əhmədova həvalə olunub. Əliağa Şıxlinskinin varisi Solmaz Şıxlinskayanın sözlərinə görə, məzarın abadlaşdırılması və qəbirüstü abidənin hazırlanması ilə bağlı Prezidentə müraciət edib və qısa müddət ərzində müraciəti müsbət cavablandırılıb. Göstərdiyi diqqət və qayğıya görə Solmaz Şıxlinskaya özü və ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.