CƏMİYYƏT


Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə Tərtər və Bərdənin 9 kəndində suvarma sistemi bərpa edilib

Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardım Proqramı çərçivəsində həyata keçirilən “Tərtər rayonunun 6 kəndində və Bərdə rayonunun 3 kəndində suvarma təchizatının yaxşılaşdırılması” layihəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Tərtər və Bərdə rayonlarına səfər edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi əvvəlcə rayon icra hakimiyyətlərində olub. Görüş zamanı səfirə rayon haqqında məlumat verilib, eyni zamanda Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində reallaşdırılan layihələrdən danışılıb.