CƏMİYYƏT


Pandemiya başlayan dövrdən bu günə kimi 40 milyon tibbi maska istehsal edilib

Pandemiya başlayandan bu günə kimi 40 milyon tibbi maska istehsal edilib. Fabrikin günlük istehsal gücü 400 min ədəd maska təşkil edir. Qeyd edək ki, ölkəmizə maska idxalı yerli bazarda olan tələbatı azaldır. Bu səsəbdən gündəlik istehsal 250-300 min arasında dəyişir. Xaricdən gətirilən maskalar ucuz olduğu üçün satış nöqtələri həmin məhsullara daha çox üstünlük verirlər. Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayevanın sözlərinə görə, fabrikin günlük istehsal gücü 400 min ədəd olsada, hazır ki vəziyyət ürəkaçan deyil çünki, xaricdən idxal olunan maska yerli bazara olan tələbatı aşağı salır.