CƏMİYYƏT


Paytaxtdakı küçələr növbəti dəfə dezinfeksiya edilib

Dövlətimizin başçısının Azərbaycanda koronavirusla (COVID-19) mübarizə tədbirlərinə dair tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda bu epidemiyaya qarşı görülən işləri genişləndirməyi davam etdirir.AZƏRTAC-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Vüqar Qəhrəmanov jurnalistlərə müsahibəsində bildirib ki, paytaxtda koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq, aprelin 24-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları bu il dördüncü, ölkədə pandemiyaya qarşı tədbirlərin əvvəlindən isə iyirmi ikinci dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.