CƏMİYYƏT


Balakəndə narkotik vasitələrin kultivasiyası, alqı-satqısı ilə məşğul olan 5 nəfər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri keçirilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Tülü kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Xəlilov əmisi oğlu Şahin Xəlilov və tanışı Rüfət İbrahimovla idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıblar. Nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirilən zaman oradan 104 ədəd çətənə bitkisi aşkar edilib. Araşdırma zamanı həmin şəxslərin narkotik vasitəni Qabaqçöl qəsəbəsi ərazisində becərmək üçün apardıqları, yetişdirib satacaqları təqdirdə isə əldə edəcəkləri qazancı öz aralarında böləcəkləri barədə razılığa gəldikləri məlum olub.