Gömrükçülər 43 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar
26.04.2021 [11:57]
Xəbərin mətni
Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan çox narkotik vasitə - həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya mebel yükü aparan Rusiya vətəndaşının idarə etdiyi “Renault Magnum” markalı “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.