CƏMİYYƏT


İmişlidə oğurluqlar edən şəxslər saxlanılıblar

Bir qrup İmişli rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağaza və evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır