CƏMİYYƏT


Masazır qəsəbəsində evlərdən 40 min manatdan artıq məişət əşyaları oğurlayan şəxslər saxlanılıblar

Abşeron rayonu Masazır qəsəbəsində evlərin birindən oğurluq edilib. Bu barədə zərərçəkən Abşeron Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, evə tamah niyyəti ilə daxil olan naməlum şəxslər ona xeyli miqdarda ziyan vurmaqla oğurluq hadisəsi törədiblər. Həmin şəxslər mənzildən ümumi dəyəri 22 min 530 manat olan televizor, geyim əşyaları, eləcə də, digər məişət əşyaları və 3800 manat məbləğində nağd pul oğurlayıblar.