CƏMİYYƏT


“YAŞAT” Fondunun Türkiyəyə göndərdiyi ehtiyatda olan polkovnik-leytenant özünü yaxşı hiss edir

Ehtiyatda olan polkovnik-leytenant Ramin Əliyev 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biridir. O, müharibəyə könüllü qatılaraq Füzuli istiqamətində döyüşlərdə iştirak edib, düşmənın atdığı minomyot atəşi ilə başından ağır yaralanıb, qəlpə yaraları alıb. Ölkəmizdə bir dəfə əməliyyat olunan Ramin Əliyev Türkiyədən gələn həkimlərin rəyi ilə müayinə və müalicə almaq üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Orda əməliyyat olunub və süni sümüklə başındakı defekt aradan qaldırılıb. Müxtəlif reabilitasiya növləri keçən Ramin Əliyev indi özünü yaxşı hiss edir. Müalicəsi isə Bakıda davam edir. O, ölkə rəhbərliyinə və “YAŞAT” Fonduna minnətdarlığı bildirir. Qeyd edək ki, ehtiyatda olan polkovnik-leytenant Ramin Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.