CƏMİYYƏT


“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda həyata keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransının açılış mərasimi keçirilib.
Mərasimdə dövlət agentliyinin sədri Ülvi Mehdiyev, Avropa Şurasının İnformasiya Cəmiyyəti və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin direktoru Yan Kleyssen və EHİM-in direktoru Fariz Cəfərov iştirak ediblər.