CƏMİYYƏT


Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulub. “Ağıllı kənd” özündə nəyi ehtiva edir?

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib.Layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu, normal kəndlərdən fərqlənəcək, modern, şəhərtipli qəsəbə olacaq. Ərazidə ilk olaraq tam izolyasiya edilmiş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. “Ağıllı kənd” layihəsinin əsas komponentləri yaşayış sahəsi, sosial xidmət sahəsi, dəyər zənciri və innovasiyalar əsaslı “Ağıllı kənd təsərrüfatı” və alternativ enerjidən istifadədən ibarətdir.“Ağıllı kənd” layihəsinin icrası ilə kənd yerlərində əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxışı təmin edəcək.