CƏMİYYƏT


Qubanın Bağbanlı qəsəbəsində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Quba rayonunun Bağbanlı qəsəbəsində əsaslı təmir olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bağbanlı qəsəbə 16 saylı körpələr evi-uşaq bağçası 35 yerlikdir. Birmərtəbəli, 8 otaqdan ibarət binanın ümumi sahəsi 300 kvadratmetrdir.