CƏMİYYƏT


AZTV azad olunmuş ərazilərdə çəkiliş aparan xüsusi qrupun fəaliyyətindən bəhs edən reportaj yayımlayıb

İşğaldan azad olunmuş bölgələrimizdə düşmənin törətdiyi dağıntıların miqyası getdikcə hər gün daha aydın görünür. Ermənistan 30 illik işğal dövründə şəhər və kəndlərimizi darmadağın edərək vandalizm aktları törədib. Bunu Vətən müharibəsindən sonra azad olunmuş rayonlarda işğalın ağır izlərini lentə alan jurnalistlərin çəkdiyi foto-video kadrlar da əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin düşmənin törətdiyi ağlasığmaz vəhşiliklərin, ölçüyəgəlməz dağıntıların sənədləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq AZƏRTAC-ın və AZTV-nin əməkdaşlarının da daxil olduğu çəkiliş qrupu yeddi aya yaxındır ki, həmin ərazilərdə işləyir.