CƏMİYYƏT


FHN: Ötən sutka ərzində 3 nəfər xilas edilib, 12 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 21 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 5-i azyaşlı olmaqla 12 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.