CƏMİYYƏT


Abşeron rayonunda toy məclisi təşkil edən restoran sahibi və daha 65 nəfər cərimələnib

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə əməl etməyərək toy məclisi keçirilməsinin qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, aprelin 28-də Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub. Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb. Xüsusi karantin qaydalarını pozan restoranın icarədarı 5 min manat məbləğində cərimə edilib.