CƏMİYYƏT


Jurnalistlər Hadrutda yaşı 900 ildən çox olan Şərq çinarını ziyarət ediblər

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinin son dayanacağı işğaldan azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsi olub.
Jurnalistlər Hadrutda yaşı 900 ildən çox olan Şərq çinarına baxış keçiriblər.