CƏMİYYƏT


Ərazisinə və heyvan növlərinin çoxluğuna görə Qafqazda yeganə olan Şamaxı Safarı Parkından reportaj

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər. Budəfəki reportajımız ərazisinin böyüklüyünə, eləcə də heyvanlarının sayının və növünün çoxluğuna görə nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda yeganə olan Şamaxı Safarı Parkındandır.