CƏMİYYƏT


Ad günündə şəhid olan qubalı döyüşçü

Şəhid Ceyhun Rüstəm oğlu İsayev 2001-ci ildə Qubanın Gültəpə kəndində doğulub. Məktəbi bitirdikdən sonra Quba Tibb Kollecinə qəbul olub. Hərbi xidmətə getmək yaşı çatdığından təhsilini müvvəqqəti dayandıraraq əsgərliyə yollanıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Ceyhun əvvəlcə Talış kəndinin, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Qəhrəman döyüşçü sonradan Füzuli istiqamətində döyüşə qatılıb. Oktyabrın 26-da baş verən şiddətli döyüşdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Həmin gün Ceyhunun 19 yaşı tamam olurdu.