Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir

29.04.2021 [17:07]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir neçə gün əvvəl ölkə mətbuatında Bakı şəhərinin Xətai rayonunun M.Mehdizadə küçəsi 2-4 ünvanında çoxmərtəbəli yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması və nəticədə həmin obyektin yaxınlığından keçən insanların həyatı üçün təhlükə yaranması barədə məlumat işıqlandırılıb.