CƏMİYYƏT


Jurnalistlər Zəngilan və Qubadlıda minatəmizləmə prosesi ilə tanış olublar

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə yerli jurnalistlərin Zəngilan və Qubadlı rayonlarına media-turu təşkil olunub. Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.