Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda ermənilərin dağıtdığı evlər bərpa edilib

30.04.2021 [11:51]

Xəbərin mətni

Erməni təxribatı nəticəsində iyul hadisələri zamanı Tovuzda bir çox evlərə, mülki obyektlərə ciddi ziyan dəymişdi. Düşmən iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə zərər vurmuşdu. Prezident İlham Əliyevin tapşırığı ilə əhaliyə dəyən ziyanın aradan qaldırılması məqsədilə qısa müddətdə bərpa işlərinə başlandı. Bu gün düşmənin dağıtdığı evlərin yerində yenisi tikilib, bəzi evlər təmir edilib.