Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubanın Amsarqışlaq kəndində yeni yol istifadəyə verilib, istirahət parkının tikintisinə başlanılıb

30.04.2021 [15:44]

Xəbərin mətni

Aprelin 30-da Qubanın Amsarqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Bununla yanaşı, kənddə yeni istirahət parkının tikintisinə başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən qurulan yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınıb. Yola 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənib.