CƏMİYYƏT


FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntularının qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 27 ünvanında vətəndaşa məxsus üçmərtəbəli, mansardalı fərdi yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması faktı müəyyən edilib. Belə ki, həmin ünvanda fərdi yaşayış binasının tikintisi üçün məlumatlandırma çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsi və eskiz layihəsi icra hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, tikinti zamanı vətəndaş tərəfindən layihədən kənara çıxılaraq 3 mərtəbə və mansarda əvəzinə 4-cü mərtəbənin inşa edildiyi, 5-ci mərtəbədə isə tikinti-quraşdırma işlərinə başlanıldığı aşkar edilib.
Qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğu üçün Agentlik tərəfindən zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq obyektdə tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır