CƏMİYYƏT


Gömrükçülər 107 kiloqramdan çox heroin aşkarlayıblar

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib. Nəticədə 107 kiloqramdan çox narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Çex Respublikasına "mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar" yükü aparan Ukrayna vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır