CƏMİYYƏT


Düşmən Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasını özünküləşdirməyə çalışsa da, buna nail ola bilməyib

Rusiyalı deputatlar, ekspertlər və jurnalistlərin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri davam edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Cümə məscidində erməni barbarlığı ilə tanış olduqdan sonra Şahbulaq qalasını ziyarət ediblər.Bildirilib ki, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.