CƏMİYYƏT


Ermənilər Ağdamın Şəhidlər xiyabanındakı qəbirləri qarət məqsədilə qazaraq dağıdıblar

Mayın 1-də rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər zamanı I Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.