SİYASƏT


Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir

2021-ci tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilir. Döyüş şəraitinə uyğun bölmələrin aerozol maskalanması fəaliyyətləri məşq etdirilir.