CƏMİYYƏT


Güclü külək paytaxtda iri ağacı aşırdı

Bakıda güclü külək nəticəsində ağac aşıb. Hadisə Nəriman Nərimanov rayonu Qarabağ 35 ünvanında qeydə alınıb. Kökündən qopan ağac ərazidən keçən qaz borusuna ciddi ziyan verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hadisənin fəsadlarını aradan qaldırıb. Qeyd edək ki, paytaxtın Yasamal, Suraxanı, Nizami, Nəsimi, Nəriman Nərimanov, Binəqədi rayonları ərazisində ağaclar aşıb, bir neçə ağacın da budaqları qırılıb.