Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ata, biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız”

06.05.2021 [15:42]

Xəbərin mətni

Zəfər yürüşünün qəhrəmanlarından olan şəhid Məhəmmədəli İsmayıllının doğum günü - 25 yaşı qeyd edilib. Atası ilə danışanda “Biz qalib gələcəyik, mən şəhid olsam da, siz öz doğma yurdunuza qayıdacaqsınız” demişdi.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan tarixinin şanlı səhifəsinə adları yazılan qəhrəman şəhidlərimiz öz qısa ömürlərini Vətən uğrunda fəda etsələr də, daim qəlblərdə yaşayacaqlar.