CƏMİYYƏT


Jurnalistlər ermənilərin basdırdıqları mina və partlamamış silah-sursatların zərərsizləşdirilməsi prosesini izləyiblər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Füzuli rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı aşkar edilən mina və partlamamış silah-sursatlar zərərsizləşdirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ermənilərin basdırdıqları 4 ədəd tank əleyhinə mina və 1 ədəd 120 mm-lik top mərmisi xüsusi təhlükəsizlik qaydalarına əməl olunmaqla Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində partlatma yolu ilə məhv edilib.
Proses bölgəyə təşkil olunan mediaturda iştirak edən mətbuat nümayəndələri tərəfindən də izlənilib.