CƏMİYYƏT


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Polkovnik İlqar Mirzəyevin doğum günüdü

Bu gün şəhid İlqar Mirzəyevin şəhadətə ucaldıqdan sonra ilk doğum günüdü. Yaşasaydı 48 yaşı tamam olacaqdı. İlqar Mirzəyev 1973-cü ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. O, hələ uşaq vaxtlarından hərbçi olmaq arzusu ilə yaşayırdı və bu məqsədlə o Polkovnik rütbəsinə kimi qalxmağa bacardı. 2016-cı ildə aprel döyüşləri zamanı şücaət göstərdiyinə görə təltif edilmişdi. Artilleriya komandiri olan şəhid İlqar Mirzəyevin döyüşləri 3-5 kilometr məsəfadən idarə etməsinə icazə verilsədə o hər zaman sıravi əsgərlərlə səngərdə olardı. Hər bir əsgərə qayğı göstərək onlara böyüklük edərdi. 2020-ci il Tovuz rayonunda baş verən iyul hadisələri zamanıda məhz İlqar Mirzəyev öz əsgərləri ilə səngərdə olub. Düşmənin atdığı top mərmisi nəticəsində polkovnik İlqar Mirzəyev həmçinin General-mayor Polad Həşimov qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Qeyd edək ki, İlqar Mirzəyev və Polad Həşimov ölümündən sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.