CƏMİYYƏT


Saatlıda silsilə oğurluqlar törədən dəstə saxlanılıb

Saatlıda vətəndaşlara məxsus xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvləri saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının əvvəlində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində vətəndaş F.Həmzəzadəyə məxsus iki baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Elşən Quliyev, Sadiq və Kamran Xəlilovlar saxlanılıblar.