Kiyevin 20 yaşlı “Azərbaycan” küçəsi
13.05.2021 [11:22]
Xəbərin mətni
Ukraynanın paytaxtı Kiyev şəhərinin sol sahilində yerləşən “Azərbaycan” küçəsinin bu adla bağlı 20 illik tarixçəsi var. Ancaq indi “Azərbaycan” küçəsi adlandırılan küçənin varlığı ötən əsrin 50-ci illərinə təsadüf edir. 1953-cü ildən Bakı komissarlarının şərəfinə küçənin adı “Bakı komissarları” adlandırılıb.
“Bakı komissarları” adı ilə küçə 1992-ci ilə qədər adlandırılıb, sonra başqa adlar verilib. Ukrayna hökumətinin qərarı ilə 2001-ci ildən küçə “Azərbaycan” adlanır.