CƏMİYYƏT


Bu il Cəlilabadın badam bağlarından ilk məhsul yığılacaq

Cəlilabadda ilk dəfə salınan badam bağlarından bu il məhsul toplanılması gözlənilir. Üç il əvvəl salınan 2 hektarlıq bağ, bu il Amerika mənşəli “Guara” tinglərindən istifadə olunmaqla, 3 hektara qədər artırılıb.
AZƏRTAC xəbər verir ki, iqlim şəraiti və torpaq xüsusiyyətləri Cəlilabad rayonunda qədim meyvəçilik növlərindən olan badamçılığın inkişafına və bu sahə üzrə məhsul istehsalına imkan verir. 2018-ci ildən rayonun ucqar dağ kəndində badam bağının salınmasında böyük təcrübəyə malik mütəxəssislər də iştirak ediblər. Müasir əkin sxeminə uyğun salınan bağın hər hektarında 600-dən çox ting basdırılıb.