CƏMİYYƏT


Adam oğurluğuna görə axtarışda olan şəxslər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində adam oğurluğuna görə axtarışda olan şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3. (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;) maddəsi ilə axtarışda olan Şirvan şəhər sakini, 58 yaşlı Nəzərov Eyvaz Mehti oğlu Abşeron rayonu Xırdalan şəhəri ərazisində və qohumu, eyni maddə ilə axtarışda olan Cəlilabad rayon sakini, 33 yaşlı Hüseynov İmran Ələşrəf oğlu Bakı şəhəri ərazisində saxlanılaraq ŞPŞ-nin İstintaq Bölməsinə təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır