CƏMİYYƏT


Goranboyda oğurluq edən şəxslər saxlanılıblar

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalarla Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları - əvvəllər məhkum olunan Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 2000 manat nağd pul və 2350 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurladıqları müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır