CƏMİYYƏT


Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib

“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması zamanı sərhəd pozucuları ilə silahlı insident nəticəsində həlak olan baş leytenant Samir Elmar oğlu Eyvazovun cənazəsi Tovuz rayonunda ailəsinin yaşadığı evə gətirilib.AZƏRTAC xəbər verir ki, vida mərasimində hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.