CƏMİYYƏT


DOST İş Mərkəzi işsiz şəxslərin ictimai işlərlə təmin olunmasına dair videoçarx hazırlayıb

DOST İş Mərkəzi tərəfindən icra olunan “İşsizin dostu” proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.
DOST İş Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ictimai işlərə cəlb olunan hər bir vətəndaşla əmək müqaviləsi bağlanılır. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib əsas olmaqla, həmçinin sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır