CƏMİYYƏT


Xaçmaz şəhərində Zəfər parkı inşa olunur

Xaçmaz şəhərində Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan, eləcə də sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Zəfər parkı inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində inşa edilən Zəfər parkı 4 hektar ərazini əhatə edir. İstirahət mərkəzi müasir layihə əsasında tikilir. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana fəaliyyət göstərəcək. Bundan başqa ərazidə süni göl, fontan qurulacaq, müxtəlif ictimai iaşə obyektləri sakinlərin istifadəsinə veriləcək.