CƏMİYYƏT


Səksən yaşlı Quba sakininin evindən silah-sursat aşkarlandı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evində silah-sursat saxlayan şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunun Dağlı kəndində yaşayan 80 yaşlı Əliməmmədov Qubaşah Balamirza oğlunun evindən sənədsiz tüfənglər, patrondaş, müxtəlif kalibrli güllələr, eləcə də patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır