CƏMİYYƏT


Laçın sakini: Tezliklə yurdumuza qayıdacaq və bu gözəlliklər diyarında əbədi yaşayacağıq

18 may... 29 il bu tarixi respublikamızın dilbər guşəsi olan Laçın rayonunun işğal günü kimi hüznlə qeyd etdik. Artıq kədərli, hüznlü günlərimiz geridə qalıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun gücü sayəsində doğma Qarabağımızın digər yerləri kimi, Laçın da azaddır. İndi laçınlılar mayın 18-ni daha hüznlə qeyd etmirlər. Düşmən üzərində möhtəşəm qələbənin xoş təəssüratını yaşayan laçınlılar illərdir həsrətində olduqları torpaqlara dönəcəkləri günü səbirsizliklə gözləyir, doğma yurdları, qayıdandan sonra görəcəkləri işlərlə bağlı xəyallar, planlar qururlar.