CƏMİYYƏT


Dünya azərbaycanlıları “YAŞAT" xeyriyyə marafonuna qoşulur

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT" xeyriyyə marafonu uğurla davam edir.
Azərbaycan diasporu tarixində ilk dəfə təşkil edilən xeyriyyə marafonunun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.