SİYASƏT


Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Mayın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Belarusun nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Qonaqlar, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını Şəhidlər Xiyabanında ziyarət edərək əklil və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycan və Belarus hərbi nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır