Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan təmsilçisi “Avroviziya -2021” mahnı müsabiqəsinin finalına yüksəlib

19.05.2021 [09:51]

Xəbərin mətni

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.AZƏRTAC xəbər verir ki, səsvermənin nəticələrinə əsasən müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçısı çıxış edəcək.