CƏMİYYƏT


FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun pozuntularının qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Agentliyin mütəxəssisləri tərəfindən Qobustan şəhəri, Bakı-Şamaxı yolunun 91-ci kilometrliyində yerləşən “Koneç” adlanan ərazidə vətəndaşa məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib.