CƏMİYYƏT


Füzulidən Laçınadək döyüş yolu keçən 19 yaşlı qusarlı qəhrəman

Vətən müharibəsinin qusarlı şəhidi, Tural Əhmədov Füzulidən Laçınadək döyüş yolu keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, on doqquz yaşlı qəhrəman ölümündən sonra iki medalla təltif olunub.
Tural Əhmədov 2001-ci il iyunun 5-də Qusar rayonunun Mucuq kəndində anadan olub. Orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Quba Peşə Liseyində təhsil alıb. Hərbi xidmətə yollananda yüksək fiziki göstəricilərə malik olduğundan arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Əsgərliyinin bitməsinə 3 ay qalan Tural həmlə qruplarının tərkibində Vətən müharibəsində döyüşlərə qatılıb.