CƏMİYYƏT


Xəzərin Lənkəran sahilində çirklənmə səviyyəsi normadan çoxdur

Lənkəranda Xəzər dənizinin sahilində yerləşən çimərliklərdə keçirilən monitorinqlər başa çatıb. Monitorinqin nəticəsinə görə, Xəzərə axıdılan tullantı sularda çirkləndirici maddələrin miqdarı normadan artıq olub.
AZƏRTAC xəbər verir ki, Lənkəranda dəniz sahilində keçirilən monitorinqlərdə əsas diqqət insanların daha çox üz tutduğu çimərliklərə yönəldilib. Belə ki, Xəzər dənizi sahili boyu yerləşən 8 məntəqədən götürülən suyun fiziki-kimyəvi və bakterioloji analizləri aparılıb. Analizlərin nəticəsinə görə, çirklənmə səviyyəsi yüksək olub. Məlum olub ki, Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları heç bir təmizləmə prosesi keçmədən dənizə axıdılır.