CƏMİYYƏT


Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalan Elvin Məlikməmmədov

Mayın 20-də Vətən müharibəsi şəhidi Elvin Məlikməmmədovun doğum günüdür.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəmanın ailəsi Elvinin 19 yaşını onsuz qeyd edir.Elvin Elçin oğlu Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. Ailənin ilk övladı olan Elvinin özündən kiçik iki qardaşı var. Vətənpərvərliyi ilə seçilən Elvin 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.