CƏMİYYƏT


Xaçmazda qəbiristanlıqda silah-sursat aşkarlanıb

Mayın 19-da Xaçmaz rayonunun Üryanoba kəndində xidmət aparan polis əməkdaşları tərəfindən qəbiristanlıq ərazisində hərbi sursatlar aşkar olunub. Məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ötürülüb və dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb olunub.